Pirotexniki vasitələr satan daha üç nəfər saxlanıldı

23:25 - 31 Dekabr 2023

Pirotexniki vasitələr satan daha üç nəfər saxlanıldı

Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin