Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

14:07 - 30 Dekabr 2023

Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

Maliyyə Nazirliyi 2024-cü ildə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini təqdim etməlidir.

 

Manset.az xəbər verir  ki, bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.

Maliyyə Nazirliyinə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin