Yandırıcı istilər gəlir - Tezliklə rekordlar qırılacaq

19:55 - 29 Aprel 2024

Yandırıcı istilər gəlir - Tezliklə rekordlar qırılacaq

Qlobal istiləşmənin təsirləri artırır. 2023-cü il tarixdə ən isti il ​​olub. Mütəxəssislər 2024-cü ilin 2023-cü ildən daha da isti olacağı gözlənilir. 


Manset.az xəbər verir ki, İstanbul Texniki Universitetindən iqlimşünas professor Barış Önol may ayında tümpraturun orta göstəricidən 1-2 dərəcə yuxarı olacağını deyib:

“Yəqin ki, bəzi ərazilərdə rekordlar yenidən qırılacaq. İndi bəzi yerlərdə temperatur rekordları artıq qırılıb. Yayda da eyni vəziyyət olacaq".

Dünyanın bütün meteorologiya institutlarının simulyasiyaları bu yayın çox isti keçəcəyini göstərir. Keçən il Türkiyədə 49,5 dərəcə temperatur qeydə alınıb, Əskişəhərdə isə Türkiyə rekordu qırılıb. Bu il də çox isti olacağı ilə bağlı proqnozlar var. Demək olar ki, bütün institutlar temperatur artımı tendensiyasına işarə edir. Vəziyyər qorxulu və narahatedicidir.

"Əgər simulyasiyalar tərəfindən verilən proqnozlar əvvəlki aylarda olduğu kimi özünü doğrultsa, biz normadan xeyli yüksək temperaturlarla qarşılaşacağıq", deyə professor bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin