“Qarabağ”la “Neftçi” də 1/4 finala yüksəldi

20:50 - 21 Dekabr 2023

“Qarabağ”la “Neftçi” də 1/4 finala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. 

 

Manset.az  xəbər verir ki, mərhələnin son oyunları ölkənin ən titullu komandalarının iştirakı ilə baş tutub.

"Qarabağ" bu gün tarixi matça çıxıb. Ağdam klubu Xankəndində MOİK-i sınağa çəkib. Qarabağın mərkəzi şəhərində baş tutan görüş canlı yayımlanıb. Ölkə başçısı İlham Əliyevin topa ilk toxunuşu ilə başlayan tarixi matçı 700-ə yaxın "Qarabağ" azarkeşi, həmçinin, Azərbaycan futbol ictimaiyyətinin xeyli üzvü canlı izləyiblər. Uzatma dəqiqələrində "hərbçilər"in qapısına yol tapan Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb. 

Son 1/4 finalçı "Neftçi Arena"da müəyyənləşib. Sözügedən məkanda "Neftçi" "Qaradağ Lökbatan"ı sınağa çəkib. Premyer Liqa təmsilçisi istəyinə darmadağınla nail olub.

Qeyd edək ki, "Sabah", "Zirə", "Səbail", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" klubları artıq 1/4-ə vəsiqə qazanıblar. 

Azərbaycan kuboku
1/8 final mərhələsi
21 dekabr

“Qarabağ” – MOİK 1:0
Qol:
 Axundzadə 90+5
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu.
Xankəndi. Şəhər stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 11. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

MOİK: 1. Zeynal Əhmədzadə, 17. Sabir Allahquliyev, 6. İsa Zeynallı (k), 3. Nicat Əskərov, 4. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 77. Elmir Rəhimzadə, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 20. Nurlan Bayramov, 11. Elvin Vəliyev.
Ehtiyat oyunçular: 35. Məhəmməd Qurbanov, 12. Ayxan Qocayev, 44. Samir İbrahimov, 26. Elşən Veysov, 9. Cavidan Abbaszadə, 33. Raul Musayev, 66. Elçin Bayramov, 27. Nihad Ağayev, 38. Həsrət Mürsəlov, 30. Murad Musayev.
Baş məşqçi: Qəzənfər Abbasov.

“Neftçi” – “Qaradağ Lökbatan” 4:0
Qollar: Aaron Olanare, 23-pen. Murad Qayalı, 72-öz qapısına. Yeqor Boqomolski, 77. Andre Şinyaşiki, 81.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
Bakı. “Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Məşqçi: Alin-Nicolae Çita.
Qaradağ Lökbatan: 25. Əmrah Zülfüqarlı, 8. Ürfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 7. Sultan Mustafayev, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov.
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 77. Sərxan Abdullayev, 88. Tunar Mütəlimov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov.
Baş məşqçi: Azər Həşimov.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin