Qurban Qurbanovdan püşkə münasibət

23:00 - 18 Dekabr 2023

Qurban Qurbanovdan püşkə münasibət

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

 

Manset.az xəbər verir ki, mütəxəssis rəqibləri "Braqa" (Portuqaliya) barədə hələlik geniş məlumata malik olmadığını bildirib:

"Bu gün rəqib haqda çox maraqlanmadım. Çünki fikrim əsasən "Neftçi" ilə oyunda idi. Ona görə "Braqa" barədə çox az məlumat topladım. Əvvəldən də demişdim ki, potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına böyük hədəflər qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, "Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. İlkin olaraq onu deyə bilərəm ki, dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək".

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin