Azərbaycan millisinin üzvü: "Hər xal uğrunda gərgin mübarizə gedəcək"

01:02 - 12 Dekabr 2023

Azərbaycan millisinin üzvü:

"Növbəti mərhələyə yüksəlmək şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək".

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev DÇ-2024-ün elit mərhələsində Rumıniya və Niderland yığmalarına qarşı keçirəcəkləri matçdan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

33 yaşlı oyunçu komandanı qarşıda maraqlı və ağır görüşlərin gözlədiyini bildirib: "Təcrübəli futzalçı kimi yığmaya bacardığım qədər kömək edəcəyəm. Rumıniya və Niderland milliləri yüksəlişdədirlər. Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla matç haqqında fikirləşmək olar”.

"Neftçi"də çıxış edən oyunçu uzun fasilədən sonra milliyə dəvət almasına da toxunub: "Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, yığmanın düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində dekabrın 15-də Bakıda Rumıniyanı qəbul edəcək, bundan 5 gün sonra isə səfərdə Niderland ilə görüşəcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin