UEFA açıqladı, “Qarabağ” TOP-10-luqda 2-ci oldu - FOTO

16:20 - 25 Oktyabr 2023

UEFA açıqladı, “Qarabağ” TOP-10-luqda 2-ci oldu - FOTO

UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə səhifələri bu yarışın iştirakçısı olan komandaların son 5 matçdakı çıxışına əsasən TOP-10 siyahısını hazırlayıb. 

 

Manset.az xəbər verir ki, siyahıya UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” klubu başçılıq edir. Almanlar son 5 matçın hamısında qələbə qazanıblar. 

“Qarabağ” isə bu göstəricidə ikincidir. Azərbaycan təmsilçisi 5 matçın 4-də qalib gəlib, son oyunda, Premyer Liqanın 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2-lik heç-heçə edib. 
Üçüncü pillədə isə Avstriyanın “Şturm” komandasıdır. Onlar son 5 matçda 4 qələbə əldə edib, 1 oyunda isə uduzublar. 


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin