"Qalatasaray" - "Bavariya" matçı öncəsi almanlardan maraqlı bənzətmə: "Hexenkessel...”

15:20 - 24 Oktyabr 2023

"Qalatasaray" UEFA Çempionlar Liqası A qrupunda üçüncü matçında bu axşam Almaniyanın "Bavariya"sı ilə qarşılaşacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya mətbuatının aparıcı jurnalistləri matç öncəsi diqqətçəkən dəyərləndirmələr ediblər.

Almaniyanın TZ München xəbər portalının dəyərləndirməsinə görə "Qalatasaray" stadionu dünyanın ən yaxşı stadionları arasındadır:

"Ora o qədər səs-küylüdür ki, öz sözlərini belə eşidə bilmirsən. İnanılmazdır. Biz alman dilində belə heyrətamiz atmosferə malik stadionlar üçün "Hexenkessel (cadugər qazanı)" sözünü işlədirik. Qalatasarayın stadionu sözsüz ki, ən yaxşılar arasındadır. Eyni şey azarkeşləri üçün də keçərlidir, bütün dünya onları tanıyır, komandalarına hər zaman böyük dəstək verirlər. Bu, Qalatasarayın 12 oyunçu ilə oynamasına bənzəyir. Bu bir üstünlükdür. Bayern Munich hələ də dünya səviyyəli bir çox oyunçudan ibarət yaxşı bir heyətə malikdir. Yayda Harri Keyn kimi yaxşı bir hücumçu əldə etmək vacib idi. Amma "Bavariya"nın oyun tərzinə baxanda, Tomas Tuçelin baş məşqçi vəzifəsinə keçməsindən sonra çox yaxşılaşma görmürsən."

Əfsanə

Manşet.az

 


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin