COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
21:06 - 11 Oktyabr 2023
Bakı sakini Zaqatalada zəhərlənib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu sakini Fatimə Sadra qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı 40 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. F.Əliyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin