Bakıda ana və 2 oğlu bıçaqlandı

01:02 - 6 Oktyabr 2023

Bakıda ana və 2 oğlu bıçaqlandı

Bakının Xəzər rayonunda ana və 2 oğlu bıçaqlanıb.

 

Manset.az-ın məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Kazımova Gözəl Hüseynağa qızını, oğlanları 29 yaşlı Kazımov İmanxan və 30 yaşlı Kazımov Hüseynağa Valeh oğlunu bıçaqlayıb.

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin