Azərbaycanda evdə PARTLAYIŞ - Xəsarət alanlar var

15:52 - 25 Sentyabr 2023

Azərbaycanda evdə PARTLAYIŞ - Xəsarət alanlar var

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Fakt araşdırılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin