Bu aviaşirkət sərnişinlərinə pulsuz pivə verəcək

11:51 - 5 İyul 2023

Bu aviaşirkət sərnişinlərinə pulsuz pivə verəcək

Latviyanın “airBaltic” aviaşirkəti iyul ayında tarixində ilk dəfə olaraq uçuş zamanı sərnişinləri əsl qazlı pivəyə qonaq edəcək.

 

Manset.az "Avianews"a istinadən xəbər verir ki, aksiya Latviya Mahnı və Rəqs Festivalına təsadüf edir.

İyulun 7, 8 və 9-da havaya qalxacaq "airBaltic" sərnişinləri pivədən dada biləcəklər. İçki xüsusi aviasiya arabasından töküləcək.

Aviaşirkət qeyd edib ki, sərnişinlər 1865-ci ildə əsası qoyulmuş pivə zavodunda istehsal olunan yerli Latviya brendi Mežpilsə qonaq ediləcəklər.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin