Azərbaycan Mərkəzi Bankı sədrinin maaşı bu qədərdir - MƏBLƏĞ

18:01 - 3 İyul 2023

Azərbaycan Mərkəzi Bankı sədrinin maaşı bu qədərdir  - MƏBLƏĞ

2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ödənilən əməkhaqqının həcmi 2,063 mln manat olub.

 

Manset.az xəbər verir ki, “Ölkə.Az”ın məlumatına görə, bu, 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur.

2022-ci ildə rəhbərliyə ödənişlər üzrə sosial fondlara ayırmalar isə illik müqayisədə 1,8 dəfə artaraq 489 min manat olub.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, digər müavini isə Əliyar Məmmədyarovdur. Bundan başqa, Mərkəzi Bankın 7 baş direktoru və sədrinin 2 müşaviri var.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin