Hava ilə bağlı XƏBƏRDARLIQ: İyulun 1-dək... - VİDEO

09:23 - 28 İyun 2023

Hava ilə bağlı XƏBƏRDARLIQ: İyulun 1-dək... - VİDEO

Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

 

Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın məlumatına görə, Bakıda və Abşeron yarmadasında havanın əsasən küləkli keçəcəyi gözlənilir.

Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrdə isə hava şəraiti yağıntılı keçəcək. Yağıntının leysan xarakterli olacağı ehtimal olunur. Dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv xarakterli olacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda suyun səviyyəsi arta bilər. Sel və daşqın ehtimalı var.

Dağlıq ərazilərdə gözlənilən sel səbəbi ilə insanlara çay hövzələrindən kənar durmaq tövsiyə edilir. Qeyri - sabit hava şəraiti iyulun 1-nədək davam edəcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin