Çimərlikdə avtoşluq edən gənc saxlanıldı - YENİLƏNDİ (VİDEO)

16:54 - 27 İyun 2023

Çimərlikdə avtoşluq edən gənc saxlanıldı - YENİLƏNDİ (VİDEO)

Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.

 

Manset.az xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

***

Xəzər rayonu ərazisində yerləşən çimərliklərin birində “Vaz 2107” avromobili ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli Manset.az-a bildirib ki, həmin şəxsin Lənkəran şəhər sakini 21 yaşlı Heydərzadə Rəşad Rövşən oğlu olduğu müəyyən edilib.

 

R. Heydərzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 ( xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin