Bu gün saat 09:00-dan 15:00-a qədər... - Sürücülərin NƏZƏRİNƏ!

10:08 - 4 İyun 2023

Bu gün saat 09:00-dan 15:00-a qədər... - Sürücülərin NƏZƏRİNƏ!

Bu gün saat 09:00-dan 15:00-a qədər Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin