Danimarka hərbi xərcləri artırır

21:33 - 4 May 2023

Danimarka hərbi xərcləri artırır

Danimarka hərbi xərclərini artıracağını açıqlayıb.

 

Manset.az xəbər verir ki, Danimarka hökuməti hərbi obyektlərin modernləşdirilməsi, köhnə və zədələnmiş binaların təmiri, qoşunların sayının artırılması və köhnə kompüter sistemlərinin yenilənməsi üçün hərbi xərcləri artıracağını açıqlayıb.

Hökumət rəsmiləri 10 il ərzində 38 milyard kron (5,6 milyard dollar) xərclənəcəyini, bunun 11 milyard kronunun (1,62 milyard dollar) yeni investisiyalarda istifadə edilməsi lazım olduğunu bildirib.

Müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen əvvəlki hökumətlərin və yüksək səviyyəli müdafiə rəsmilərinin hərbi obyektlərə üstünlük vermədiyini, vəziyyəti "çox ciddi" kimi xarakterizə edərək, vəziyyətə görə hər kəsi məsuliyyət daşıdığını bildirib.

Lund Poulsen bildirib ki, "Təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət uzun illər silahlı qüvvələri tükəndirib. İndi biz silahlı qüvvələrin bazasını yeniləməmişdən əvvəl onu bərpa etməliyik".

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin