Ermənistanın ərazi iddiası olmamalıdır - Paşinyan

18:28 - 4 May 2023

Ermənistanın ərazi iddiası olmamalıdır - Paşinyan

Ermənistan bəyan etməlidir ki, heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur və belə iddiası olmayacaq.

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan həm iqtisadi, həm demoqrafik nöqteyi-nəzərdən güclənməli və inkişaf etməlidir.

Paşinyan deputatlardan birinin “həm də ərazi baxımından” replikasına “yox” deyə cavab verib.

“Bu, bizə dövlətçiliyə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, dörd tərəf bizim bir dövlət kimi mövcud olmamağımız üçün hər şeyi edəcək. Onlar da bunu edirlər”, - deyə Baş nazir qeyd edib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin