Keçmiş deputatın parlamentdə “falçı” işlətdiyi ortaya çıxdı – FOTO

17:03 - 4 May 2023

Keçmiş deputatın parlamentdə “falçı” işlətdiyi ortaya çıxdı – FOTO

Almaniyada 2022-ci ilin dekabrında dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan qrupa qarşı keçirilən əməliyyatda saxlanılan keçmiş deputatın parlamentdəki ofisində falçı çalışdırdığı üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, katibə kimi işə götürülən falçıya 2021-ci ilin iyulundan 2021-ci ilin oktyabrına qədər 11 800 avro ödənilib.

Alman deputatın parlamentdəki ofisində falçı işlətməsi xəbəri həm deputat, həm də falçı çevriliş iddiasında birlikdə mühakimə olunarkən ortaya çıxıb.

Malsack-Winkemann 2017-2021-ci illərdə AfD sıralarının üzvü olub və səlahiyyət müddəti bitdikdən sonra ədliyyədəki köhnə işinə qayıtmışdı.

Çevriliş işində saxlanılan və hələ də həbsdə olan sabiq deputat mart ayında da məhkəmədəki işindən qovulmuşdu.

Manşet.az



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin