Aİ Moldova və Gürcüstana əlavə hərbi yardım paketi qəbul etdi

16:27 - 4 May 2023

Aİ Moldova və Gürcüstana əlavə hərbi yardım paketi qəbul etdi

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində Moldova və Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ümumilikdə 70 milyon avro dəyərində yardım tədbirləri qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Şurasının bəyanatına görə, Moldova və Gürcüstan ordusunun potensialının modernləşdirilməsinə dəstək və onların Aİ-nin hərbi missiya və əməliyyatlarında iştirak imkanlarını təkmilləşdirmək üçün iki ölkə üçüncü dəfə maliyyələşdiriləcək.

Bu çərçivədə Ukrayna ilə namizəd ölkə statusu almış Moldovaya 40 milyon avro, Gürcüstana isə 30 milyon avro yardım veriləcək.

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin