Tovuzda əməliyyat: Həbs olunan var

00:20 - 7 Aprel 2023

Tovuzda əməliyyat: Həbs olunan var

Tovuz polisi narkokuryerlik etməkdə şübhəli bilinən şəxsləri ifşa edib.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat nəticəsində İrandan adıçəkilən rayona gətirilmiş narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər Yevlax şəhər sakini

Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov saxlanılıb.

Onlar 1000 manat pul qarşılığında narkokuyerlik etməyə razılaşıblar. Narkotik vasitələri Bakı şəhərinə aparmağı planlaşdırırmışlar.

Orxan Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin