Bakı Şin Zavodunda baş verən yanğın söndürüldü - YENİLƏNİB

22:00 - 4 Aprel 2023

Bakı Şin Zavodunda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı Şin Zavodunda baş verən yanğın söndürülüb

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nərimanov rayonunda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***18:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir. ///APA


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin