Ermənistan üçün SON 1 AY - Rusiya İrəvanı HƏDƏLƏDİ: Nəyinki Qarabağı, bütün Zəngəzuru ...

09:18 - 19 Yanvar 2023

Ermənistan üçün SON 1 AY - Rusiya İrəvanı HƏDƏLƏDİ: Nəyinki Qarabağı, bütün Zəngəzuru ...

Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək. Ermənistan mediasında yayılan məlumatlara görə, bir aydan sonra - fevralın 20-də fəaliyyətə başlayacaq missiya əvvəlkindən fərqli olaraq bütün Ermənistan ərazisini əhatə edəcək.

 

Praqada əldə olunan razılaşmaya əsasən Avropa İttifaqının Ermənistan ərazisinə göndərdiyi 40 nəfərdən ibarət olan mülki missiyanın madatı 2 ay olacaqdı, amma əldə olunan razılaşma pozuldu. Belə ki, ötən ilin dekabr ayının 19-da missiya fəaliyyətini başa vursa da həm Avropa İttifaqının ali nümayəndəsi (BMT-nin Baş katibi Antonio Qutereş), həm də Fransa Xarici işlər naziri dekabrın 20-də əraziyə yeni missiyanın göndəriləcəyi anonsunu verdi. Amma aralarından bunun üçün rəsmi Bakının fikrini öyrənən, onun bu məsələdə razı olub-olmadığını soruşan çıxmadı ki, çıxmadı.

Təbii ki, burada Fransanın canfəşanlığından söhbət gedirsə, proseslərin bu cür cərəyan edəcəyi əslində elə gözlənilən idi. Məqsəd isə gün kimi aydındır:

◼ Azərbaycanla Ermənistan arasında reinteqrasiya prosesinə mane olmaq

◼ Sülh gündəliyinin davamlı olmasına əngəl törətmək

◼ Rəsmi İrəvan ilə Bakı arasında gərginliyi pik həddə çatdırmaqla yekun sülhün imzalanmasını dalana dirəmək

Ermənistanda fəaliyyətə başlaması planlaşdırılan Aİ-nin mülki missiyası daha əvvəlki kimi 2 ay yox, 2 il olacaq. Çox güman ki, bunun da Qarabağdakı Rusiya sülhməramlılarının bölgəni tamamilə tərk etməsi müddətinə hesablandığı istisna edilmir. Ən diqqətçəkən məqamlardan biri isə, 2 aylıq mülki missiyadakı say tərkibinin 2 illik fəaliyyətləri dövründə 5 dəfə artırılaraq 200 nəfər təşkil etməsi ilə bağlı yayılan məlumatlardır. Bu detal isə Qərbin Rusiyanın forpostu olan Ermənistanın Azərbaycanla sərhəddi boyunca sadəcə mülki şəxslər cəlb etdiyi heç inandlrlcl deyil. Ehtimallar yüksəkdir ki, həmin şəxslər böyük hərbi-kəşfiyyat təcrübəsi olan, hərbi bilikləri yüksək səviyyədə olan ehtiyyat zabitlər briqadasından ibarət bir batalyondur. 

Emanuel Makron nə düşünür?

✔ Fransa bununla 2 il ərzində Ermənistan hərbiçilərini, əli silah tutan hər kəsi Azərbaycandan revanş almaq üçün növbəti savaşa hazırlamaq məqsədi güdür

✔ Qərb düşünür ki, "mülki missiya"nın fəaliyyəti müddətində Azərbaycan Ermənistanın təxribatlarına adekvat cavab verməkdən çəkinəcək, Ermənistana qarşı bu zaman kəsiyində Azərbaycanın hər hansı bir hərbi həmləsini bloklaya biləcək. Nəticədə Ermənistan sülh danışıqlarının gündəliyini və regionda geosiyasi reallığı dəyişmək üçün fürsət yaxalaya bilər. 

Fransa XİN başçısı mülki missiyanın sərhəddə başlayacaq monitorinqlərinin "eskalasiya riskini" azaltması ilə bağlı izah etməsi elə dolayısı ilə deyilənlərin təsdiqi anlamına gəlir. Əslində isə reallıq tamamilə əks mənzərənin şahidi oluruq: Fransa "eskalasiya riskini azaltmaq" adı altında əksinə Ermənistanla Azərbaycan sərhəddində gərginliyi daha artırır. 

Bununla da rəsmi Paris mülki missiyanın mandatını qeyri-müəyyən vaxta qədər uzatmaq, üstəlik onun daimi olmasına çalışır. Görünür indiyənə fiki Rusiyanın forpostu kimi yaşayan Ermənistan indi də Fransanın kaloniyasına çevrilmək qərarına gəlib. 

Böyük ehtimalla bu qərarın elan edilməsi rəsmi Moskvanı qabaqlayıcı tədbirlər görmək üçün hərəkətə keçirəcək. Bunun ilkin işartılarını ötən gün müçahidə etdik. Belə ki, 18 yanvar tarixində Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Ukrayna müharibəsi, onun gələcəyi ilə yanaşı Cənubi Qafqaz, xüsusilə də Ermənistan-Azəbaycan münasibətləri, Laçın yolundakı vəziyyətlə bağlı bəzi məqamlara da toxunub.

Lavrovun etdiyi açıqlamalardan o anlaşılır ki, Moskva Ermənistanı sığallaya-sığallaya onu yenidən özünə, ermənipərəst mövqeyinə sadiqliyinə inandıracağına əmindir. Belə olmasaydı Rusiya XİN başçısı ötən ilin yekunlarıyla bağlı mətbuat konfransında deməzdi ki, "Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır". Yəni sözündən belə çıxır ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi yoxdur, azərbaycanlı sivil etirazçıların keçirdiyi aksiya həmin istiqamətdə nəqliyyatın hərəkətinə mane olur və s. Lakin oradakı vəziyyətdən ən doğru məlumatlı olan Rusiya rəsmilərindən biri də məhz XİN başçısıdır. Baxmayaraq ki, ermənilərin gözündə divident qazanmaq, onlardan xal qoparmaq üçün həqiqətə uyğun olmayan bu cür bəyanatlar səsləndirir.

Sergey Lavrovun azərbaycanlıların məlumatı əsasında ermənilərin Laçın yolundan minalar keçirməsiylə bağlı narazılığına münasibəti isə sadəcə qərəz, yalan, ikili standartlardan başqa bir şey deyil. O bildirib ki, “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Bu adam dolamaq deyil, bəs nədir? Əslində Lavrovun durub, "Laçın yolundan humanitar məqsədlərlə istifadənin əksinə olaraq minalar, silah-sursatlar keçirilməsindən xəbərim var. Bu təlimatı hətta biz özümüz sülhməramlı kontingentin komandanlığına vermişik", - deyəcəyini də gözləmirdik. Amma axı bunu hətta uzaq Yanzaniyadakı Massai qəbiləsi də yaxşı bilir ki, Laçın yolundan Qarabağa keçən bütün növ nəqliyyat vasitələri sülhməramlıların qurduğu postlardan keçir, mina dolu maşınların Xankəndiyə, qondarma rejim qalıqlarının hələ də mövcud olduğu digər Azərbaycan ərazilərinə daşınmasına da məhz sənin hərbi kontingentin göz yumur, şərait yaradır.

Laçın yolundan silah-sursatın və minaların keçirilməsinə seyrçi qalmış Rusiyanın XİN başçısı eyni zamanda deyir ki, “məsələni araşdıracaqlar”. Üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov bunun vacibliyini hiss etməyə başladı?!  Başlasa nə dəyişəcək axı. Lavrovun bu bəyanatı Bakı ilə İrəvan arasında balans siyasətinə riayət etmək abu-havası yaratmağa xidmət etsə də sadəcə boş-boş söz yığınından başqa bir şey deyil. Çünki o minalar çoxdan keçirilib, hətta artıq müxtəlif istiqamətlərdə basdırılıb da. Geridə qalan 2 ildən artıq müddət ərzində o minaların partlaması nəticəsində yüzdən çox vətəndaşımız həlak olub.

Təbii ki, bu faciələrə görə məsuliyyəti birbaşa rəsmi Moskva daşıyır. Ona görə ki, Laçın yolundan təyinatı üzrə istifadə edilməməsinə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti olub. Amma bu gün artıq Azərbaycan sözügedən istiqamətdə vəziyyəti tamamilə nəzarətə götürmək adına çox uğurlu gediş edir. Artıq 39 gündür davam edən xalq mitinqi nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni heç nə daxil olmur, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdən keçərək Ermənistana Azərbaycana məxsus qızıl, filiz yataqları talan edilib daşınmır və son olaraq hələlik Xankəndidə separatçılar arasında parçalanma, ikiyə bölünmə, fikirlərin haçalanması prosesinə şahid olmağa başlamışıq.

Amma Sergey Lavrovun brifinqi ondan Rusiya hərbi bazasının çıxarılmasını tələb edən, rus sülhməramlılarının BMT hərbi birləşmələri ilə əvəz edilməsini istəyən Ermənistana daş atmadan yekunlaşmayıb. Rusiya XİN başçısı deyib ki, "Ermənistan tərəfi sərhəddə vəziyyəti gücləndirmək əvəzinə Aİ ilə danışıqlara üstünlük verir. Belə bir missiya Bakının razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər". Lavrovun bu açıqlamasını Ermənistana böyük xəbərdarlıq kimi də qiymətləndirmək olar. Bununla Lavrov rəsmi İrəvana bildirmiş oldu ki, Avropa İttifaqı ilə təmaslar Ermənistanın sərhədlərini təhlükə altında qoya bilər. Nədənsə burada qəfil Bakının mövqeyinin əhəmiyyəti yadına düşən Rusiya XİN rəhbəri Azərbaycan dövlətindən icazəsiz bu istiqamətdə istənilən addımın Ermənistan üçün faciə ilə nəticələnəcəyinə işarə edir. Konkret desək, Moskva İrəvanın Aİ planlarını Ermənistan üçün ölüm-qalım qərarı hesab edir.

Bəs Rusiya əgər Azərbaycanın qərarından, dəyişməz mövqeyindən və qətiyyətindən belə xəbərdardırsa, niyə o zaman Ermənistanı özünün iştirakı ilə Soçidə qəbul edilən üçtərəfli bəyanatlara, 10 noyabr sənədi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmək üçün bu qədər təsirli cümlələr qurmadı, belə təzyiq nümayiş etdirmədi?!

Təbii ki, bu məsələdə Lavrovun yalnız bir fikrinə haqq qazandıra bilərəm: Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq. Bununla da rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq.

Atabəy Türkel


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin