Kral Çarlz mübahisəli immiqrasiya planını təsdiqlədi

17:27 - 25 Aprel 2024

Kral Çarlz mübahisəli immiqrasiya planını təsdiqlədi

Britaniya kralı III Çarlz qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

 

Kral sözçüsü Ruanda Planının Kral III Çarlzın təsdiqi ilə qanuna çevrildiyini təsdiqləyib. Ölkədən qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyasını nəzərdə tutan qanun layihəsi İcmalar Palatası ilə Lordlar Palatası arasında bir neçə dəfə gedib-gəldikdən sonra aprelin 23-də parlament tərəfindən qəbul edilib.

Baş nazir Rishi Sunak qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək təyyarələrin 10-12 həftə ərzində havaya qalxacağını açıqlayıb.

İngiltərə hökuməti 2022-ci ilin aprel ayında hazırlanan “Ruanda Planı” çərçivəsində qeyri-qanuni mühacirləri və ölkəyə qeyri-qanuni yollarla daxil olub sığınacaq istəyənləri Ruandaya göndərmək məqsədini açıqlamışdı.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin