HƏMAS-dan müharibəni bitirmə açıqlaması: “İsrail prosesi uzadır”

13:20 - 25 Aprel 2024

HƏMAS-dan müharibəni bitirmə açıqlaması: “İsrail prosesi uzadır”

HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyə HƏMAS-ın müharibəni bitirmək üçün çalışdığını, lakin İsrailin prosesi uzatdığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xəlil əl-Hayyə İsraillə atəşkəs və əsir mübadiləsi üçün dolayısı ilə aparılan danışıqlarla bağlı Əl-Əqsa kanalına açıqlama verib.

Xəlil əl-Hayyə bildirib ki, HƏMAS danışıqlarda tam çeviklik nümayiş etdirdi, lakin İsrail prosesi uzadır.

O, həmçinin, HƏMAS-ın müharibəni indi bitirmək istədiyini, lakin İsrailin bundan imtina etdiyini qeyd edib.

Xəlil əl-Hayyə tam atəşkəs olmadan heç bir razılaşma olmayacağını deyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin