Polşa ABŞ-dan KÖMƏK İSTƏDİ

14:31 - 11 Yanvar 2023

Polşa ABŞ-dan KÖMƏK İSTƏDİ

Polşa və Almaniya arasında müharibə təzminatı böhranı davam edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Varşava administrasiyası Berlindən İkinci Dünya Müharibəsi zamanı ölkəsinə vurduğu ziyanı kompensasiya etməsini istəyir.

Polşa hökuməti Almaniyadan 1,3 trilyon avro təzminat tələb etmişdi. İstənilən nəticəni əldə edə bilməyən Polşa üzünü Vaşinqtona çevirib.

Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik ABŞ Konqresindən kömək almağa çalışacaqlarını bildirib.

Mularçik Polşanın müharibə zamanı itkiləri ilə bağlı hesabatı tərtib edən komandaya rəhbərlik edir.

Ölkəsinin “Almaniyadan təzminat” məsələsini beynəlxalq ictimaiyyətə açıqlamağa çalışacağını ifadə edən Mularçik:

"Bu gün biz ABŞ Konqresinə səslənirik. ABŞ-ın beynəlxalq nizama, insan hüquqlarına, qanunun aliliyinə və beynəlxalq ədalətə hörmətlə bağlı əsas ölkə olduğuna inanırıq" – deyib.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin