ATƏT sədri Azərbaycana səfər edəcək

11:57 - 11 Yanvar 2023

ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında dərc olunub.

Qeyd edilib ki, bu barədə nazirin azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra razılığa gəlinib.

Osmani iki ölkə arasında gərginliyin azaldılmasına kömək etmək və davamlı sülhə nail olunmasına töhfə vermək üçün öz şəxsi səylərini göstərməyə hazır olduğunu bir daha təsdiqləyib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini vurğulayıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin