“İran raketləri Xankəndinə yerləşdirilib” – Deputatdan SENSASİON AÇIQLAMA

09:15 - 13 Dekabr 2022

“İran raketləri Xankəndinə yerləşdirilib” – Deputatdan SENSASİON AÇIQLAMA

“İranın Ermənistana verdiyi raketlərin bir hissəsi Xankəndinə və ətraf ərazilərə yerləşdirilib”.
 

Manset.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib.

“İrandan gələrək, həmin raketlərlə neçə davranmağı erməni separatçılarına öyrədən, eyni zamanda terrorizmlə məşğul olan 27 nəfər təlimatçı da bütün bunları Rusiya silahlı qüvvələrinin birbaşa himayəsi altında həyata keçirir. Görünən odur ki, bu gün Rusiya, Fransa və İran Azərbaycana qarşı birlikdə hərəkət etməkdə və Qarabağda separatçıları gücləndirməkdə, onları silahlandırmaqda və bu ərazidə Rusiyanın daimi olaraq qalmaq kimi məkrli, riyakar planlarını yerinə yetirməkdədirlər”, - deyə deputat əlavə edib.

Xatırladaq ki, ötən həftə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə bir qrup İran vətəndaşının qeyri-qanuni yollarla daxil olması ilə bağlı xəbərlər yayılıb.

Məlumata görə, noyabrın 24-də 14, noyabrın 30-da isə daha 13 İran vətəndaşı Xankəndinə gəlib. Onların Azərbaycan ərazilərinə hansı məqsədlə gəldiklərilə bağlı hər hansı rəsmi məlumat verilməyib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin