Qəzada xəsarət alan tibb bacısı vəfat etdi

21:43 - 12 Dekabr 2022

Qəzada xəsarət alan tibb bacısı vəfat etdi

Dekabrın 1- Göygöl rayonunda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, mərhum həmin xəstəxanada tibb bacısı işləyib.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 1990 -cı il təvəllüdlü Aslanova Bəsdi dünyasını dəyişib. Həmçinin, qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev yaralanıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin