Xalq artisti: "Kinoteatr və teatrların bağlı olması bizə psixoloji təsir etdi"

18:29 - 18 Avqust 2021

Xalq artisti:

"Aktyor da idmançı kimidir. Bir ay məşq etməsə hər şeyi unudur. Daxili plastikasını unudur".

“Artıq bir ildən artıqdır teatrlar və kinoteatrlar bağlıdır. Bu, bizə psixoloji cəhətdən çox pis təsir edib”.

Manşet.az xəbər verir k, bu sözləri  Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Naibə Allahverdiyeva teatrlarla və kinoteatr bağlı məhdudiyyətlərdən danışarkən deyib. O bildirib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qadağalar aradan qaldırılmalıdır:

“Həqiqətən çox istəyirəm ki, bu sahədə də məhdudiyyətlər aradan götürülsün. Necə ki restoranların, şadlıq evlərinin fəaliyyətinə müəyyən say məhdudiyyəti ilə icazə verilir, o cümlədən də bunu teatrlara da tətbiq etmək olar. Müəyyən məsafə gözləməklə, maska ilə vətəndaşlar gəlib tamaşalara baxa bilərlər”.

N.Allahverdiyeva mədəniyyət və incəsənətin xalqın mənəvi qidası olduğunu söyləyib:

“Mədəniyyətimiz geri qalmamalı, inkişaf etməlidir. Bir şey dayanıbsa, ona yenidən başlamaq çox çətin olur. Görün, nə qədər tamaşalarımız var. Onlar hamısı yenidən qurulmalıdır. Hamısı undulur. Aktyor da idmançı kimidir. Bir ay məşq etməsə hər şeyi unudur. Daxili plastikasını unudur. Çox istəyirəm ki, teatrlar açılsın. Bunun həsrətindəyəm. Mən bu sənətsiz yaşaya bilmirəm”. ölkə.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin