Paytaxtda tələbə dənizdə boğularaq ÖLDÜ

09:43 - 27 İyun 2022

Paytaxtda tələbə dənizdə boğularaq ÖLDÜ

Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.

 

Manset.az "modern.az"a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış. O, Azərbaycan Texniki Universitetin üçüncü kurs tələbəsi olub.

Paytaxtda tələbə dənizdə boğularaq öldü


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin