Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazandı

19:35 - 24 İyun 2022

Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazandı

Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Manşet.az report-a istinadən xəbər verir ki, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.

Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin