<

İsveçrə Prezidenti İlham Əliyevi təbrik ETDİ

18:02 - 24 May 2022

İsveçrə Prezidenti İlham Əliyevi təbrik ETDİ

İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Manşet.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin