Təqaüdçülərə pensiya növünü seçmək imkanı verilir - Yeni qayda

12:42 - 13 May 2022

Təqaüdçülərə pensiya növünü seçmək imkanı verilir - Yeni qayda

Azərbaycanda təqaüdçülərə pensiya növünü seçmək hüququ verilir.

 

Manset.az xəbər verir ki, bu qayda parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində yer alıb.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, yaşa əsasən əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır.

Eyni zamanda bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək.

Bununla da yeni tətbiq ediləcək qanunda vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin