Azərbaycanda sabiq polis rəisi qəfil vəfat etdi - FOTO

06:33 - 10 Dekabr 2021

Azərbaycanda sabiq polis rəisi qəfil vəfat etdi - FOTO

Azərbaycanda sabiq polis rəisi qəfil vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, ehtiyatda olan polis polkovnik-leytenantı Koroğlu Qasımov 52 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Qasımov Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 1991-1993-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 

K.Qasımov 2004-cü ildə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə “Əla xidmətlərinə görə” döş nişanı ilə təltif edilib.


 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin