Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNDİ

19:32 - 24 Aprel 2024

Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNDİ

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" .

 

Manset.az  xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib.

O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb.

"Xəbəri alanda kafedrada hamımız şok olduq. Əvvəlcə inanmaq istəmədik, yalan olduğunu düşündük. Çünki çox hörmət etdiyimiz, mehriban bir insan idi. Kafedra müdirimiz Rauf müəllimlə də dostdurlar.

Qohumlarının iddia etdiyi "yeni rəhbərlikdən inciməsi" məsələsinə gəlincə, qeyd edim ki, bizim kafedrada heç bir yeni rəhbər təyinatı olmayıb.

Nəsib həkim K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) işləyirdi və yeni rəhbər təyinatı orada olub".

Nəsib həkimin hazırki iş yeri K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, sorğumuz cavabsız qaldı.

***19:09

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib.

Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib:

"Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib".

Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin