Oğuzda qəza: Xəsarət alan var

23:00 - 21 Aprel 2024

Oğuzda qəza: Xəsarət alan var

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Manset.az  report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin