Qubadlıda top mərmiləri aşkarlandı

12:56 - 21 Aprel 2024

Qubadlıda top mərmiləri aşkarlandı

Qubadlıda top mərmiləri aşkar edilib.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin