Rəfahda əməliyyatla bağlı onlayn görüş keçirəcəklər

18:40 - 18 Aprel 2024

Rəfahda əməliyyatla bağlı onlayn görüş keçirəcəklər

ABŞ və İsrail nümayəndələri aprelin 18-də yəhudi dövlətinin Qəzza zolağının cənubunda, Rəfahda mümkün hərbi əməliyyatı məsələsi ilə bağlı onlayn görüş keçirəcəklər.

 

Manset.az  xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, danışıqlarda ABŞ-ni prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, İsraili isə strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Çaxi Haneqbi təmsil edəcək.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin