Nazirə yeni müavin təyin olundu - FOTO

18:18 - 8 Aprel 2024

Nazirə yeni müavin təyin olundu - FOTO

Energetika naziri Pərviz Şahbazova yeni müavin təyin olunub.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Orxan Namiq oğlu Zeynalov nazir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.



Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin