Azərbaycanda bu zavod bağlanır
27 Aprel 2024
17:34 - 29 Mart 2024
İspaniyanın “Betis” klubu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin transferində maraqlı deyil.
Manset.az xəbər verir ki, bunu İdman.bizə Əndəlusiya klubunun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Azərbaycan millisinin də formasını geyinən 27 yaşlı müdafiəçisin keçidi müzakirə mövzusu deyil: “Bununla bağlı hansısa məlumata malik deyilik. Həm də klub siyasətinə görə, “Betis” başqa klubların futbolçuları ilə bağlı məsələləri şərh etmir”.
İspaniya mətbuatında da transfer gündəmdə deyil. Ölkənin nüfuzlu AS nəşrinin yazarı Antonio Espina Mustafazadənin adının “Betis”lə hallanmasını eşitmədiyini belə vurğulayıb.
Qeyd edək ki, müdafiəçi bu mövsüm “Qarabağ”ın heyətində 32 oyuna 2 qol vurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin