Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

16:26 - 29 Mart 2024

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Papa Fransisk Pasxa mərasimləri çərçivəsində “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə 12 qadın məhbusun ayaqlarını yuyub və öpüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Papanın ayaqlarını yuduğu məhbuslar italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalı olub.

Qeyd edək ki, bu ənənə Hz. İsadan gəlir. İsanın çarmıxa çəkilməsindən bir gün əvvəl sevgisini göstərmək üçün 12 həvarisinin ayaqlarını yuması ilə başlayan Pasxa mərasimini davam etdirən Papa əvvəlki papalardan fərqli olaraq keşişlər yerinə ehtiyacı olanların və ya məhbusların ayaqlarını yumağa üstünlük verir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin