Şakira hər fürsətdə keçmiş əri haqqında danışır

13:11 - 29 Mart 2024

Şakira hər fürsətdə keçmiş əri haqqında danışır

Futbolçu Cerard Pike ilə münasibətini qalmaqallı şəkildə bitirən dünya şöhrətli müğənni Şakira hər fürsətdə keçmiş həyat yoldaşı haqqında danışır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şakira yeni albomunun reklamı üçün “The Times” qəzetinə verdiyi müsahibədə, "Jerardın yanında olmaq üçün, o futbol oynaya bilsin deyə karyeramı dayandırdım” deyib.

Həmçinin, Cimmi Fallonun “The Tonight Show” verilişində qonaq olan 47 yaşlı müğənni albom hazırlamağa gecikdiyini bildirib və buna səbəb kimi Cerard Pikeni göstərib:

"Vaxtım yox idi. Ər faktoru təsirli oldu. İndi ərim yoxdur. Bəli, ərim məni aşağı çəkirdi. İndi azadam və həqiqətən də işləyə bilərəm”.

7 ildən sonra ilk albomunu çıxaran müğənni albomuna “Qadınlar Ağlamır” adını verib.

Şakira albomu haqqında danışarkən, "İndi kişilərin ağlama zamanıdır. Uzun müddətdir ki, sırf qadın olduğumuz üçün əlimizdə ssenari ilə ağlamağa məcbur qalırdıq. Uşaqlarımızın və cəmiyyətimizin gözü önündə ağrılarımızı gizlətmək məcburiyyətində qaldıq” deyə ifadələr işlədib.

Digər tərəfdən, Zeyn Lounun proqramına qatılan müğənni "Bir tərəfdən ərimin olmaması yaxşı oldu, məni aşağı çəkirdi. İndi işləmək istəyirəm. Mahnılar yazmaq istəyirəm. Əvvəllər məndə olmayan bir impuls aktivləşdi" deyib.

Tənha bir qadın olaraq uşaqları və karyerası arasında tarazlıq qurmaq istəyən Şakira açıqlamasında "Uşaqlarım məndən asılıdır və mən tənha anayam. Həyat yoldaşım yoxdur, mənə kömək edəcək kimsə də yoxdur” ifadələrini işlədib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin