Bu gecə ilk Qədr gecəsidir

22:12 - 28 Mart 2024

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

 

Manset.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də və sonuncusu aprelin 5-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin