Sabah 20° isti olacaq - PROQNOZ

12:31 - 28 Mart 2024

Sabah 20° isti olacaq - PROQNOZ

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin