Kəlbəcərdə əl qumbaraları aşkarlandı

08:48 - 28 Mart 2024

Kəlbəcərdə əl qumbaraları aşkarlandı

Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin