“Bu, Gürcüstan futbolu üçün əla olacaq” - Georgi Papunaşvili

22:12 - 27 Mart 2024

“Bu, Gürcüstan futbolu üçün əla olacaq” - Georgi Papunaşvili

"Çox xoşbəxtəm".

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, bunu"Kəpəz"in gürcüstanlı futbolçusu Georgi Papunaşvili deyib.

O, Gürcüstan millisinin tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanmasına münasibət bildirib.

29 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Yunanıstana qalib gəlməklə ilki rəsmiləşdirən həmyerliləri möhtəşəm oynayıb: "Ümid edirəm ki, bu, Gürcüstan futbolu üçün əla olacaq. Biz buna layiqik. Düzünü desəm, heç vaxt heyətdə olmamışam, amma kənardan baxanda zəhmət, fədakarlıq, əzm görürəm".

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin