Rusiya XİN Bakı və İrəvana çağırış etdi

18:58 - 27 Mart 2024

Rusiya XİN Bakı və İrəvana çağırış etdi

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb.

 

Manset.az  APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş naziri müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun 2023-cü il 2 iyun tarixində keçirilən iclasında tərəflər Cənubi Qafqazda regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hərtərəfli qarşılıqlı sərfəli həllə yaxın olublar:

"Biz tərəfdaşlarımızı Üçtərəfli İşçi Qrup daxil olmaqla, üçtərəfli formatda əməkdaşlığı bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq", deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin