Metronun "Nəsimi" stansiyasında alışma oldu

15:00 - 27 Mart 2024

Metronun

"Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin