Qabriel Barbosa 2 il futboldan UZAQLŞDIRILIB

21:40 - 26 Mart 2024

Qabriel Barbosa 2 il futboldan UZAQLŞDIRILIB

Braziliya A Seriyasında çıxış edən "Flamenqo"nun hücumçusu Qabriel Barbosa dopinq qaydalarını pozduğuna görə  futboldan uzaqlaşdırılıb.

 

Manset.az Braziliya mətbuatına istinadən əbər verir ki,  Qabigöl kimi tanınan 27 yaşlı hücumçu dopinq testinə gec gəldiyi və təlimata əməl etmədiyi üçün 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Barbosa cəzası 8 aprel 2023-cü il tarixindən etibarən qüvvədə olacaq.

Braziliyalı futbolçu sosial media hesabından verdiyi açıqlamada günahsız olduğunu iddia edərək, "Mən heç vaxt sınaqlara mane olmağa və ya saxtakarlığa cəhd etməmişəm. Həmişə oyun qaydalarına əməl etmişəm və heç vaxt qadağan olunmuş maddələrdən istifadə etməmişəm" deyib.

Flamenqo klubu qərardan təəccübləndiyini qeyd edərək, cəzadan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini açıqlayıb.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin